Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq

 

 

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan tədbirlər planı təsdiq olunub.

İl ərzində görkəmli ədibin yubileyi mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunacaq, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqunOd gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiyageyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ədibin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq. BXA-nın tələbə və şagirdlərinin iştirakı ilə OperaBalet Teatrında C.Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirilməsi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziyanın birgə layihəsi olaraq dramaturqunSolğun çiçəklər” pyesi əsasında çoxseriyalı bədii filmin çəkilməsi də tədbirlər planında yer alıb.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans, ədibin Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçiləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutuTeatr muzeyinin təşkilatçılığı ilə respublika elmi-praktik konfransı, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda elmi sessiyalar, Folklor İnstitutu və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və Bakı folklor mühitimövzusunda konfrans və digər tədbirlər də nəzərdə tutulur.

Yubiley ili çərçivəsində nəşr layihələri də planlaşdırılır. Ədəbiyyat İnstitutu ədibin indiyə qədər işıq üzü görməmiş “Kazım bəy” romanı və məktublarının transfoneliterasiya edilərək nəşrini, Hüseyn Cavidin ev-muzeyi isə C.Cabbarlının Cavid haqqında yazdığı məqalələrdən ibarət toplunun çapını planlaşdırır.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.2.