Musiqi məktəbində “Nəğməli ömür

 

 

Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Nəğməli ömür” adlı konsert proqramı keçirilib.

Məktəbin direktoru Rafiq İsgəndərov bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı söhbət açıb. Tədbir məktəbin müəllimlərdən ibarət “Karvanxalq çalğı alətləri ansamblının gözəl ifaları ilə davam edib. Sonra Tofiq Quliyevin mahnıları, fortepiano əsərləri və digər bəstələri məktəbin şagirdlərdən ibarət Şahid Abdullayev adına xalq çalğı alətləri ansamblının, xor kollektivinin ifasında səslənib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, rayon İcra Hakimiyyətinin məsul işçisi  Möhlüd Hacıxanov iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 15 mart.- S.4.