Konsertmeyster ustalığı üzrə müsabiqəyə yekun vurulub

 

 

Xəbər verdiyimiz kimi, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsi keçirilib.

İki gün davam edən sənət yarışmasına Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb. İştirakçıların çıxışlarını Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva (sədr), BXA-nın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim, professor Gülnarə Acalovanın yer aldığı münsiflər heyəti qiymətləndirib.

Münsiflərin qiymətləndirməsi nəticəsində I yerə Nərmin İbrahimova, Tutu Məmmədli, Ülviyyə Dadaşova, Rəna Zəkiyeva, II yerə Mənzər Arzumanzadə, Arzu Hüseynova, Aydan Cəfərova, Cəmalə Abdinzadə, III yerə Adilə İbrahimli, Səma Xəlilzadə, Simuzər Səmədova, Dinarə Rəhimova, Elnur Cəfərli layiq görülüb.

Qaliblərə diplomlar, müsabiqə iştirakçılarına isə sertifikatlar təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.5.