“Qaranlığa nur saçan zəka”

   

 

 

Milli Kitabxanada görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə “Qaranlığa nur saçan zəka” adlı geniş kitab sərgisi təşkil edilib.

Akademik Zərifə xanım Əliyeva bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edərək, bu sahədə dəyərli elmi tədqiqatlar aparıb, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi məqalənin müəllifidir. Alimin zəngin elmi irsi, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Sərgidə oftalmoloq alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış kitablar, fotoşəkillər nümayiş olunur.

 

Mədəniyyət.- 2019.- 1 may.- S.7.