Yubileylərə həsr olunmuş tədbirlər

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssislərində silsilə yubiley tədbirləri keçirilib.

Sumqayıt şəhər MKS və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar istedadlar müsabiqəsi keçirilib.

Tədbirdə MKS-nin oxucuları və 15 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. İştirakçıların ifasında Cəlil Məmmədquluzadənin əsərlərindən monoloqlar və felyetonları dinlənilib. Münsiflər heyətinin qərarına əsasən, üç qalib seçilərək mükafatlandırılıb.

Şəhər Mərkəzi Uşaq Kitabxanasında “Nəsiminin mənəvi irsi” adlı oxucu konfransı təşkil edilib. “Nəsimi ili” çərçivəsində keçirilən tədbirə 12 və 16 nömrəli məktəbin şagirdləri qatılıb. Böyük şairin yaradıcılığı ilə bağlı məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.4.