“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir

 

 

Ağdaş rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev ulu öndərin tarixi xidmətləri, Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı barədə danışıb.

Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev, Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva, şəhər Uşaq musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Nişanə Quliyeva və digər çıxış edənlər də ümummilli liderin milli mədəniyyət və incəsənətə qayğısı, mədəniyyət işçilərinə verdiyi xüsusi qiymətdən bəhs ediblər.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.5.