Gürcüstanla mədəni əlaqələrdən söhbət açılıb

 

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mixeil Giorqadze ilə görüşüb.

Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Mixeil Giorqadze bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.4.