Oksford Universitetinin professorları Bakı Musiqi Akademiyasında

 

 

 

Böyük Britaniyanın Oksford Universitetinin professorları David Kerr Nicholas Thangue Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) olublar.

Akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, beynəlxalq əlaqələr üzrə prorektor, Xalq artisti Yeganə Axundova ilə görüşdə Azərbaycan Böyük Britaniya arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib. Həmçinin, iki ölkənin musiqi mədəniyyəti haqqında söhbət aparılıb.

Sonra qonaqlar xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova və BMA-nın tələbəsi Ceyhun Əzizovun fortepianoda ifalarını dinləyiblər.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.5.