Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difaimiz” adlı elmi seminar keçirilib.

Mühacirət ədəbiyyatımızın görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlunun (1869-1939) 150 illiyi münasibətilə təşkil olunan seminar universitetin Tələbə gənclər təşkilatı tərəfindən reallaşdırılıb.

Seminarda gənc araşdırmaçı, jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli ədibin həyat və fəaliyyəti, alim, hüquqşünas, millət fədaisi kimi çoxcəhətli fəaliyyətindən söz açıb.

Tədbirdə ədibin yubileyi münasibətilə D.Əhməd tərəfindən tərtib edilən və Ə.Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, PeterburqParis xatirələri” kitabı haqqında məlumat verilib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb, tədbir diskussiya şəklində davam etdirilib.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.4.