Dirijor soydaşımızın Meksikada böyük uğuru

 

 

 

Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırov Meksikanın paytaxtı Mexiko şəhərində dünya şöhrətli ingilis rəqqas Anton Dolin adına Fondun keçirdiyi festivalda böyük uğura imza atıb.

Sənətkar soydaşımız təkcə Mexikonun deyil, həm də dünyanın ən gözəl teatrlarından biri olan Zərif Sənətlər Sarayında festival çərçivəsində oynanılacaq A.Adanın “Jizelbaletinin premyerasına dirijorluq məqsədilə okeanın o tayına dəvət alıbmış. Aprelin 25-də premyerası oynanılan balet Meksika Milli Baletinin təfsirində təqdim edilib. Bir neçə gün ardıcıl - premyeradan sonra 27-si, 28-i 29-da təkrar göstərilənJizel”in hər nümayişi anşlaqla keçib baletsevərlərin böyük rəğbətini qazanıb.

Paytaxtın musiqi ictimaiyyəti tamaşanın musiqi materialı üzərində qısa müddət işləyərək orkestr səhnədəki solistlərin unison çıxışına nail olmağı bacaran E.Bağırovumusiqi sehrkarıadlandırıb.

A.Dolin adına Fondun təşkilatçılığı ilə keçirilən nüfuzlu balet festivalında baş tutan bu premyeranı yerli baletsevərlər festival iştirakçıları ilə yanaşı, tanınmış mədəniyyət xadimləri, Mexikoda yaşayan həmvətənlərimiz, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov seyr ediblər.

Məlumat üçün qeyd edək ki, A.Dolin adına Fond klassik balet repertuarının qorunması məqsədilə yaradılıb.

 

Mədəniyyət.- 2019.- 3 may.- S.6.