Xızıda Cəfər Cabbarlının 120 illiyi münasibətilə tədbir

 

 

 

Böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan MKS-lərin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olub.

Sonra Heydər Əliyev Mərkəzində “Cəfər Cabbarlı – 120” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Möhsün Bağırov açıb. Sonra “Cəfər Cabbarlı və Azərbaycan kino sənətimiz”, “Cəfər Cabbarlı dramaturgiyası və teatr”, “Cabbarlı irsinin kitabxanalarda təbliği” və başqa mövzularda kitabxana əməkdaşlarının məruzələri dinlənilib.

Tədbirdən sonra Cəfər Cabbarlı və  Mikayıl Müşfiqin ev-muzeyləri və abidələri ziyarət edilib.

 

Mədəniyyət.- 2019.-  8 may.- S.3.