Uşaq musiqi məktəbinin opera tamaşası

 

 

Mayın 6-da Şəki Regional Kollecində Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Soltan Hacıbəyovun Nizami Gəncəvininİsgəndərnaməpoemasındanİsgəndər çobannağılının motivləri əsasında yazdığı eyniadlı uşaq operasının premyerası keçirilib. İsgəndər çobanoperasının ədəbi mətnini tanınmış şair Mir Mehdi Seyidzadə qələmə alıb.

Məktəbin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək məktəbin müəllimləri istedadlı şagirdlərinin iki ay ərzində davamlı məşqləri gərgin çalışmaları sayəsində ərsəyə gələn tamaşanı Soltan Hacıbəyovun 100 illik yubileyinə töhfə olduğunu vurğulayıb. O, təşkilati dəstəyə görə Şəki Regional Mədəniyyət İdarəsinə Şəki Regional Kollecinə təşəkkür edib.

Tamaşanın nümayişindən sonra idarə rəisi M.Zeynalova çıxış edərək məktəbin kollektivinə yeni nailiyyətlər arzulayıb.

 

Mədəniyyət.- 2019.-  8 may.- S.3.