“Şuşanın dağları qara dumanlı”

 

 

Beynəlxalq Mətbuat Mərkəzində “Şuşanın dağları qara dumanlı” adlı sənədli filmin təqdimatı keçirilib. 27 il öncə Şuşanın işğalı zamanı çəkilən kadrlar əsasında hazırlanan filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Filmin nümayişindən sonra çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov, Milli Məclisin deputatı Aqil Abbas və başqaları Şuşanın tarixi keçmişindən və işğalından söz açıblar.

Ekran əsəri başımıza gətirilən müsibətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2019.- 8 may.- S.2.