Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə

 

 

 

Mayın 10-da Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə Əməkdar artist Natiq ŞirinovunNatiqritm qrupu, “Rastqrupu, xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, əməkdar artistlər Səbinə Babayeva, Manana Caparidze, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış ifaçılar Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və Mir Camal çıxış ediblər. Tədbirdə Rusiyanın “S-BROTHER-S” DJ layihəsi tamaşaçılara maraqlı anlar bəxş edib.

Estrada ulduzlarının səsləndirdikləri mahnı və kompozisiyalar alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.8.