“Azərbaycana sevgi ilə”

 

 

Opera ulduzları Heydər Əliyev Mərkəzində çıxış edib

 

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib. Konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil edildiyi konsert proqramında ifaçıları Fuad İbrahimovMurtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Musiqi gecəsində C.Verdinin, F.Cileanın və C.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluqordeni ilə təltif edilib. Məşhur müğənninin diskoqrafiyasına operalar, konsert proqramları, solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları digər nüfuzlu teatrlardan dəvət alıb.

Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) 2005-ci ildə AvstriyadaMotsareumUniversitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük operakonsert salonlarında çıxış edir. 2017-ci ildə Anna NetrebkoYusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The Worldkonsert turunda iştirak edib.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.8.