Ümummilli liderin xatirəsinə ithaf

 

 

 

Mayın 10-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirin aparıcısı – məktəbin müəllimi, musiqişünas Leyla Həsənova ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, mədəniyyət və incəsənətə, gənc musiqiçilərə diqqət və qayğısı haqqında danışıb.

Məktəbin xor kollektivinin ifa etdiyi “Heydər Əliyev haqqında mahnı” (bəstəkar İ.Əliyev), “Səbinə” rəqs kollektivinin “Sarı gəlin” xalq rəqsi, Lalə Bədəlzadənin ifa etdiyi “Vətən balladası” (F.Sücəddinov), Lalə Nəsirovanın ifasında səslənən “Azad bir quşdum” (Z.Bağırov) əsərləri tədbirə xüsusi rəng qatıb. Xanəndəlik sinfinin şagirdləri Mənzurə Abdurəhmanova və Rabil Şirəlizadənin ifa etdikləri mahnılar (R.Mirişli – “Doğma diyar” və B.Nəsirov – “Qarabağ”) da maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.3.