Oxu bayramı”nda fəal oxucular mükafatlandırılıb

 

 

 

Mayın 15-də Siyəzəndə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunanOxu bayramı”nda rayondakı kitabxanaların fəal oxucuları mükafatlandırılıb.

Müsabiqə çərçivəsində 5 fəal oxucu pul mükafatı qazanıb. Bundan əlavə, 4 nəfərə həvəsləndirici mükafat və hədiyyə təqdim olunub. Oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalılıq səviyyəsi müsabiqənin əsas qiymətləndirmə meyarı olub.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsinin məqsədi informasiya texnologiyalarının geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaqdır.

Mərkəzi kitabxananın qarşısında keçirilən tədbirdə 3 mindən çox kitab nümayiş etdirilib. Məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.2.