Musiqili teatrın solisti Belarus Ukraynada

   

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusun Xalq artisti Natalya Qaydanın 80 illiyi münasibətilə keçilən tədbirdə iştirak edib.

Bundan başqa, N.Kərimova Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 40-dan çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq “Karpat düzəni” festivalında da ölkəmizi təmsil edib. “Arşın mal alan” və “Silva” operettalarından, həmçinin, “Sindibadın qayıdışı” rok-operasından müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.2.