Milli Qəhrəmanın xatirəsi anılıb

 

 

 

Sabirabad şəhər Mədəniyyət Mərkəzində Mədəniyyət NazirliyiSabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunan tədbir keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə, yazıçı-publisist Azər Hacıbəyli, Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudovadöyüş yoldaşları çıxış edərək bu cür tədbirlərin keçirilməsinin xüsusən gənclərə vətənə-torpağa sevgi hisslərinin aşılanmasında əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Milli Qəhrəman Səfiyar Behbudov haqqında çəkilmiş “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub.

* * *

Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsinə həsr edilmiş daha bir tədbir Mədəniyyət Nazirliyi və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir iştirakçıları öncə Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Bərdə rayon 1 nömrəli Uşaq incəsənət məktəbində davam edən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, digər çıxış edənlər Milli Qəhrəmanın bugünkü və gələcək nəsillərə örnək olan həyat və rəşadətli döyüş yolundan söz açıblar.

Sonra tədbir iştirakçıları “Qəhrəmanlıq zirvəsi” sənədli filminə baxıblar.

 

Mədəniyyət.- 2019.- 17 may.- S.2.