Adını əməli ilə qazanmış lider

 

 

Yeni Türkiyənin diriliş günü – 1919-cu ilin 19 mayında o da tarix səhnəsində bir öndər olaraq doğuldu

 

Yeddi əsrlik Osmanlının süqut etdiyi, şanlı türk dövlətçilik tarixinin bitmə təhlükəsi ilə üzləşdiyi bir zamanda yeni dövlətin – Türkiyə Cümhuriyyətinin təməli – ilk məhək daşı olan 1919-cu ilin 19 mayından 100 il ötür. Bu günlər qardaş ölkə bu möhtəşəm tarixi təntənə ilə qeyd edir. 19 may Türkiyə Cümhuriyyətində rəsmi dövlət bayramı (“Atatürkü Anma, Gənclik və İdman Bayramı”) olmaqla bərabər, həm də bu dövlətin qurucusu Atatürkün doğum günü kimi qeyd edilən bir özəlliyə sahibdir.

Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın gəlib-getmiş ən böyük sərkərdə və dövlət xadimləri sırasında yer almış Atatürkün təvəllüd günü tarixə naməlum qalıb. O isə 19 mayı – Türkiyənin qurtuluşistiqlal savaşını başlatdığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib. Çünki çökən bir imperatorluğun xarabalıqları üzərində yeni Türkiyənin diriliş günü həm də onunMustafa Kamalın tarix səhnəsində bir lider, öndər olaraq doğulduğu gün idi.

Bizbu vəsilə ilə Atatürkün həyatına, onu Türkiyə Cümhuriyyətinin qurucusu zirvəsinə aparan yola qısa nəzər salmaq istədik.

O, dünyaya gözlərini açanda Osmanlı imperatorluğu nəhəng qüdrətini itirməyə doğru gedirdi. Ətrafındakı güclü dövlətlər Osmanlının nəzarət etdiyi geniş coğrafiyanı ələ keçirmək üçün fürsət gözləyirdi. Belə bir vaxtda onun dünyaya gəlməsi geniş anlamda türk xalqının və dövlətçiliyinin xilaskarının dünyaya gəlməsi demək idi.

Öz həyatı və əməlləri ilə xalqının taleyini dəyişdirən Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı imperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində doğulub. Onun dünyaya gəldiyi və uşaqlıq illərinin keçdiyi ev (Apostol Pavel küçəsi, 75) Atatürkün xatirə muzeyidir. Yerli bələdiyyə hələ Atatürkün sağlığında bu barədə qərar qəbul etmişdi.

Anası Zibeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, yanvarın əvvəllərində dünyaya gəlib. Lakin bu barədə heç bir rəsmi sənəd yoxdur. Atatürkün ata-anasının vaxtilə Anadoludan Rumelinə köçmüş oğuz türkmənləri soyundan olduğu bildirilir. Atası Əli Rza Əfəndi və anası Zibeydə xanım 1876-cı ildə ailə qurublar. Atası Selanik şəhər Gömrük idarəsində kiçik məmur olub. Mustafadan savayı ailədə daha beş uşaq (üç qız, iki oğlan) dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.

Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü məktəbdə təhsil almasını, atası isə müasir təhsil verən ibtidai məktəbə getməsini istəyir. Sonuc atasının istəyi kimi olurMustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atasının xəstəlikdən sonra vəfat etməsi ilə o, məktəbdən ayrılmalı olur. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. Anasının etirazına rəğmən Selanik hərbi təmayüllü məktəbinə imtahan veriroraya qəbul olunur.

Hərbi məktəbdə onun ilk dünyagörüşü formalaşır. Riyaziyyat müəllimi Mustafa Səbri onun zəkalı bir yeniyetmə olduğunu görərək bir dəfə yarızarafatla ona “Gəl, sənin adının yanına birKamal adını qoyaq ki, bizi bir-biri ilə səhv salmasınlar”, - deyir. Mustafa razılaşır və o, Mustafa Kamal olur.

1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirirİstanbulda hərbi məktəbə daxil olur. Burada hərbi biliklərə dərindən yiyələnir, siyasi dünyagörüşü formalaşır. 1902-ci ildə məktəbi leytenant rütbəsi ilə müvəffəqiyyətlə başa vurur. Bundan sonra hərbi təhsilini 1902-1905-ci illərdə İstanbul Hərbi Akademiyasında davam etdirir. 1905-ci ilin fevralında tam hərbi təhsilini başa vuraraq ilk təyinatını alır, imperatorluğun cənubuna – Suriyanın paytaxtı Dəməşqə göndərilir. Buradakı xidməti dövründə o, Osmanlının ağır durumunu bir daha dərk edir. İmperatorluğun bir çox müstəmləkələrində olduğu kimi, burada da dövlət məmurları arasında rüşvətxorluq, dövləti işlərə laqeydlik baş alıb gedirdi. Nəhəng imperatorluğun belə bir vəziyyətdə idarə olunması onun şüurunda acı izlər buraxır.

1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi dostu ilə “Vətən və Hürriyyət” adlı gizli cəmiyyət təşkil edirlər. Gənc və ambisiyalı zabitlər dövlətin idarəçiliyini sağlam əsaslar üzərinə qaytarmaq yolları barədə düşünürlər. Eyni vaxtda Mustafa Kamalın vətəni Selanikdə keçmiş hərbçi yoldaşlarından bir qrupu daİttihad və Tərəqqi” cəmiyyəti qurmuşdular. 1907-ci ildə Mustafa Kamal qısa müddətə hərbi xidmətini Balkanlara dəyişir və orada sözügedən iki cəmiyyətin birləşməsi qərara alınır.

1909-cu ildə Osmanlı dövlətində növbəti saray çevrilişi baş verir, Sultan II Əbdülhəmid taxtdan salınır və V Mehmet padşah elan edilir. Bu çevrilişdə “İttihad və Tərəqqi”də birləşən gənc zabitlərin də rolu olur. Lakin elə bu vaxtdan başlayaraq Mustafa Kamalla cəmiyyətdəki gənc zabitlər arasında fikir ayrılıqları yaranır. Mustafa Kamal cəmiyyətin leqal siyasi təşkilata, partiyaya çevrilməsini və onun üzvlərinin siyasət və ya hərbi xidmət arasında seçim etməsini təklif edir. Çünki zabitlərin bilavasitə siyasətlə məşğul olması orduda daxili ixtilaflara rəvac verirdi.

Lakinİttihad və Tərəqqi”nin rəhbərliyində təmsil olunan əksəriyyət bunu qəbul etmir. Mustafa Kamal isə siyasətdən ayrılaraq hərbi xidmətə üstünlük verir. Bu arada Avropa ölkələrinə hərbi ezamiyyətə göndərilən, o cümlədən Fransada hərbi təlimlərdə iştirak edən Mustafa Kamal Osmanlı ordusunun öz rəqiblərindən nə qədər geri qaldığını bir daha dərk edir.

1912-1913-cü illərin Balkan müharibəsində Osmanlının ağır məğlubiyyəti bu gerçəyi sübut edir. Müharibə nəticəsində Osmanlı altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir. Artıq böyük imperatorluğun çöküşü başlamışdı.

Balkanlardakı ağır məğlubiyyət ölkədə böyük etiraz doğurur, İstanbuldakı saraydaxili toqquşmalar nəticəsində 1913-cü ilin iyununda baş nazir Mahmud Şövkət paşa öldürülür, hərbi çevriliş nəticəsində “İttihad və Tərəqqi”nin gənc generalları Tələt, Ənvər və Camal paşalar hakimiyyəti ələ keçirirlər. Generallar Osmanlının Balkan uğursuzluğunu unutdurmaq üçün yeni hərbi kampaniyalar barədə düşünürbu xüsusda Almaniya ilə əsgəri müttəfiqliyi gücləndirirlər. “Gənc Türklər”in yönətimi böyük müharibənin başlanacağını görürdü və dünyanın yenidən bölüşdürülməsində əsas oyunçulardan biri olmaq, Turan xəyallarını gerçəkləşdirmək niyyətində idi. Gerçəkdə isə Birinci Dünya müharibəsində Almaniya ilə müttəfiq olmaq Osmanlı üçün uçurumun kənarına gəlmək idibu müharibədə Almaniyanın ağır məğlubiyyəti elə Osmanlının da iflası oldu.

Qeyd etmək lazımdır ki, bilavasitə ordu rəhbərliyində təmsil olunmayan Mustafa Kamal Osmanlının dünya savaşına Almaniya ilə yanaşı girməsinə mənfi baxırdı. Eyni zamanda o görürdü ki, Osmanlı ordusunun rəhbərliyində yer alan alman məsləhətçilər bütövlükdə bu dövləti məhvə təhrik edirlər.

1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində mayor rütbəli Mustafa Kamalın 19-cu diviziyası misilsiz rəşadət göstərir. Ona polkovnik rütbəsi verilir. 1916-cı ildə Çanaqqala zəfərinin ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ilə savaş cəbhəsinə göndərirlər. Mustafa Kamal hələ yolda ikən ona general – paşa rütbəsinin verildiyini eşidir.

Onun komandanlığı altında 1916-cı ilin avqustunda rus ordusunun Diyarbəkir istiqamətində hücumlarının qarşısı alınır, Bitlis Muş azad edilir. Bu uğurdan sonra Mustafa Kamal paşa Osmanlının 2-ci ordu (şimal-şərq istiqamətində) komandanı təyin edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət Osmanlının dünya savaşından qalib çıxmasını mümkünsüz etmişdi.

1918-ci il oktyabrın 31-də Osmanlı Mudros sülh müqaviləsini bağlamağa məcbur olur. Osmanlı qoşunları tutduqları bir çox ərazilərdən, o cümlədən Cənubi Qafqazdan çıxmalı olurlar. “İttihad və Tərəqqi” hökumətinin rəhbərləri – Ənvər, Tələt, Camal paşalar isə bir alman gəmisi ilə ölkəni tərk edirlər. Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi. Belə bir vaxtda padşah (V Mehmetin vəfatından sonra taxta çıxan sonuncu Osmanlı hökmdarı VI MehmetSultan Vahidəddin) Mustafa Kamal paşaya müdafiə naziribaş komandanlıq postunu təklif edir. Lakin bu faktiki olaraq iqtidarsız bir hökumətdə təmsil olunmaq demək idiMustafa Kamal təklifdən imtina edir.

1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları Türkiyənin cənub-qərbini ələ keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti nə dövləti xilas etmək, nə də işğalın qarşısını almaq iqtidarında idi.

Artıq Mustafa Kamalın İstanbuldakı təslimçi, bacarıqsız hakimiyyətlə yolları ayrılmışdı. O, yeni Türkiyə, xalqa arxalan dövlət barədə düşünürdü. 1919-cu il mayın 16-da o, bir qrup silahdaşı ilə “Bandırma” adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da türk xalqının qurtuluş savaşının başladığını elan edir. İstanbul hökuməti ona mane olmağa çalışsa da, Mustafa Kamal paşa 1919-cu ilin iyulunda Ərzurumdan ordudakı bütün vəzifələrindən istefa verdiyini İstanbula bildirir. Həmin il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib çıxan Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi.

Yeni Türkiyənin quruluşu Ankaradan başladı. Mustafa Kamal paşa 1920-ci il aprelin 23-də burada Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu. Məmləkətin idarəçiliyi xalqın iradəsinə, onu təmsil edən TBMM-ə verildi. Ölkədə faktiki ikihakimiyyətlilik – bir tərəfdə iflas etmiş imperatorluq hakimiyyəti, digər tərəfdə isə xalqın iradəsini bir yerə toplayaraq vətəni düşməndən xilas etmək uğrunda mücadilə verən hərbi rəhbərlik, Mustafa Kamalın komandanlığı altında təşəkkül tapan ordu vardı.

1919-cu ilin mayından 1921-ci ilin yanvarınadək dövr Qurtuluş savaşında əsasən lokal hərbi əməliyyatlar dövrü olur. 1921-ci ilin yanvarından isə Mustafa Kamal  türk qoşun birliklərini genişmiqyaslı hərbi əməliyyatlara hazırlamağa başlayır.

1921-ci il avqustun 22-də başlanan və sentyabrın 13-də qalibiyyətlə başa çatan Sakarya savaşı onun ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Sakarya zəfərindən sonra TBMM Mustafa KamalaQazi” adını verdi.

Türk xalqının qurtuluş savaşının zirvə nöqtəsi 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) oldu. Avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Qazi Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. 30 avqustadək EskişehirAfyonu nəzarətə götürən türk qoşunları baş komandandanOrdular, hədəfiniz Aralıq dənizidir!” əmrini aldı. 15 günün içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu darmadağın edilmişdi.

30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini dünyaya sübut etmiş, yeni Türkiyə dövlətçiliyinin, gələcək Cümhuriyyətin ilk təməl daşı qoyulmuşdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Türkiyə Cümhuriyyətini elan etdi. Artıq onun tarixə Atatürk kimi düşməyə tam haqqı vardı. 1934-cü il noyabrın 24-də TBMM-in qərarı ilə ona rəsmən Atatürk soyadı verildi. 1938-ci il noyabrın 10-da Atatürk bu dünyaya vida etdi. Onun qurduğu möhtəşəm dövlət isə yaşamaqdadır...

 

Vüqar ORXAN

 

Mədəniyyət.- 2019.- 17 may.- S.6.