Fransada Çingiz Abdullayevin kitabının təqdimatı

 

 

Fransanın Strasburq şəhərində Xalq yazıçısı Çingiz AbdullayevinŞübhəsiz metamorfozkitabının təqdimat mərasimi ədibin oxucularla görüşü keçirilib. Mərasimdə Strasburq Universitetinin professor heyəti, Avropa institutlarının əməkdaşları, yerli ictimaiyyətin təmsilçiləri Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoruvəkil professor Tyeri Edmondun giriş sözündən sonra ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış edib. O, Fransada soydaşlarımızın qurduğuKəpəznəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuculara tanıdılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Səfir Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşr edilməsinin qürur sevinc doğurduğunu bildirib, yazıçının ölkəmizin dünya miqyasında tanıdılmasında rolundan bəhs edib.

Moderator Tyeri Edmond Ç.Abdullayevin zəngin tərcümeyi-halı barədə ətraflı danışıb. “Kəpəz” nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş kitabını imzalayaraq oxuculara təqdim edən yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.8.