Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin konserti

 

 

Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 90 illik yubileyi çərçivəsində BXA-nın tam orta məktəb şagirdlərinin hesabat konserti keçirilib.

Konsert Əməkdar artist Emin Əliyev və məktəbin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyevanın quruluş verdiyi NiyazininRastsimfonik muğamının musiqisi və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” adlı birpərdəli balet tamaşası ilə başlayıb.

Proqramda Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Yallı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından rəqs, Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “Süzülən qızlar”, “Mən baharın qızıyam”, “Odlar yurdu” rəqsləri, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluş verdiyiQu gölü”, “Jizel” baletlərindən variasiyalar, Əməkdar müəllim Pellumb Aqallıyayın quruluşunda İ.Baxın “Kompozisiya” və digər rəqs parçaları ifa olunub.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.4.