“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Şamaxıda

 

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri mayın 16-da Şamaxı şəhərində keçirilib. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, yerli sakinlər iştirak edib.

Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlarNağaraçalanlar”, “Pirquluinstrumental ansamblarının maraqlı ifalarını dinləyiblər. Xalq çalğı alətləri orkestrixor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət və musiqi məktəbləri şagirdlərinin ifaları festivalın proqramını daha da yaddaqalan edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvanfolklor kollektivilərinin özünəməxsus çıxışları ilə davam edib.

Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların yaradıcı insanları dekorativ-tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər. “Nəsimi ili” ilə əlaqədar qurulan kitab guşəsi də maraqla qarşılanıb. Məktəblilər görkəmli Azərbaycan şairi ilə bağlı kompozisiya təqdim ediblər.

Yaradıcılıq festivalının konsert hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlanıb. Qeyd edək ki, Azərbaycanın şəhər və rayonların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ikinci dəfədir ki, təşkil olunur.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.5.