Uşaq musiqi məktəbinin 60 illiyi

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq musiqi məktəbinin 60 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdən öncə təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib, videoçarx nümayiş etdirilib.

Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri məharətlə səsləndirilib.

Sonda baş idarənin rəisi Cəlil Məlikov çıxış edərək yubiley münasibətilə şagird və müəllim kollektivini təbrik edib. Məktəbin bir qrup müəllimi fəxri fərmanlarla təltif edilib.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.2.