Cəfər Cabbarlını xatırlayarkən

 

 

 

Mayın 23-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki, dramaturq, şairnasir, teatrkino xadimi, tərcüməçi, publisist Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirildi.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Memarlıq və İncəsənət institutlarının alimləri, Bakıdakı bir sıra xatirə muzeylərinin əməkdaşları iştirak edirdi.

Muzeyin direktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlı yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva iki böyük ədib – Abdulla Şaiq və Cəfər Cabbarlının yaradıcı münasibətlərindən söz açdılar.

Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Cəfər Cabbarlı yaradıcılığı İrəvan Dövlət Azərbaycan Dram Teatrında” mövzusunda məruzə ilə çıxış etdi. Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədibin əsərlərindən seçmələr təqdim olundu, sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 24 may.- S.2.