Uşaq musiqi məktəblərinin birgə konserti

 

 

Hacıqabulda Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəblərinin birgə konserti keçirilib.

Şəhər Folklor klubunda təşkil olunan konsertdən öncə Hacıqabul şəhər Uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Əmiraslanov bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək kollektivlərə uğurlar arzulayıblar.

Sonra hər iki məktəbin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə  bəstəkarlarının əsərləri səslənib.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.5.