Qonaq gəlib bizə dostlar

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir.

İdarənin tabeliyində olan Bərdə rayon Kətəlparaq kənd Uşaq musiqi məktəbinin kollektivi Yevlax rayonu Malbinəsi kənd Uşaq musiqi məktəbinin qonağı olub.

Bərdə məktəbliləri əvvəlcə Malbinəsi məktəbində müxtəlif ixtisaslar üzrə dərs prosesini izləyiblər. Sonra Kətəlparaq kənd Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib. Musiqi nömrələri iştirakçılara xoş anlar yaşadıb.

Mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.5.