Paytaxtda regionlardaOxu bayramları

 

 

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə şəhər rayonlarda oxucular arasındaOxu bayramımüsabiqəsi keçirilir. Müsabiqənin məqsədi mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaqdır.

Yasamal rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin qaliblərinin təltifolunma mərasimi olub. Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanaların müxtəlif yaş qruplarından olan oxucuları iştirak edib.

Fərqlənənlərə diplom, pul mükafatı, fəxri fərman hədiyyələr təqdim edilib. Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi kitabxanasının fəxri oxucusu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy birinci yerə layiq görülüb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən mədəni-kütləvi tədbirlərdə, eyni zamandaOxu bayramımüsabiqəsinin təşkilində fəal iştirakına görə 189-190 nömrəli tam orta məktəbin 49 nömrəliİntellektməktəb-liseyin şagirdləri fəxri fərman hədiyyələrlə mükafatlandırılıb.

* * *

Quba şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı iləOxu bayramı  keçirildi. Tədbirdə idarənin rəisi Nazim Ağayev, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər.

Tədbirdə 175 adda 600-dən artıq kitab, kitabxanaya yeni daxil olmuş nəşrlər nümayiş olunub.

SondaOxu bayramımüsabiqəsinin qalibləri  mükafat, fəxri fərman müxtəlif hədiyyələrlə təltif olunublar.

* * *

Qusarda təşkil olunanOxu bayramı”nda da kitabxanaların fəal oxucuları  mükafatlandırılıb. Doqquz fəal oxucuya mükafat verilib. Nəriman Nərimanov adına parkda açıq havada təşkil olunan mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.4.