Mühacirətdə keçən alim ömrü

 

 

 

Tanınmış türkoloq, professor Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixində özünəməxsus iz qoymuşdur. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər həsr etmişdir. Bu il görkəmli ziyalının anadan olmasının 120 illiyi qeyd edilir.

Əhməd İsmayıl oğlu Cəfərzadə 17 aprel 1899-cu ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Uşaq ikən atası dünyasını dəyişir, anasının himayəsində böyüyür. 1916-cı ildə şəhərdəki gimnaziyanı bitirirKiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə qəbul olunur. Ancaq o, bu ali məktəbdə il yarım oxuyur. Sonra sənədlərini geri alır, Gəncəyə qayıdaraq 1918-ci ildə qardaş Türkiyədən Bakının daşnak-bolşevik işğalından azad olunması üçün köməyə gəlmiş Qafqaz İslam Ordusunun sıralarında döyüşür.

Əhməd Cəfəroğlu 1919-cu ildə yeni yaradılan Bakı Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Şərq bölməsinə qəbul olunsa da, burada da təhsili yarımçıq qalır. 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut edir. O, məcburiyyət qarşısında əvvəlcə Gürcüstana, oradan Türkiyəyə gedir. İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsinə daxil olurburada məşhur türkoloq Mehmet Fuad Köprülüdən dərs alır. 1925-ci ildə universiteti uğurla başa vururbir müddət Türkologiya İnstitutunda assistent işləyir. Həmin ilin sonunda Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir. BerlinBreslau universitetlərində türkologiya üzrə təhsil alır, orada dövrün tanınmış alimləri olan Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader, Diels və başqalarının mühazirələrini dinləyir. 1929-cu ildə Breslau Universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edir.

Türkologiya sahəsinə möhkəm tellərlə bağlanan alim ömrünü bu istiqamətin öyrənilməsinə həsr etmişdir. Obyektiv səbəblərdən Ə.Cəfəroğlunun çoxşaxəli fəaliyyəti ana vətənində məlum olmasa da, ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, eləcə də Avropa və Amerikanın bəzi elmi dairələrində onun araşdırmaları yüksək qiymətləndirilmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Elşən Əbülhəsənli “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” kitabında yazır ki, Azərbaycanda alimlə bağlı yazılar yalnız ötən əsrin sonlarından mətbuat səhifələrində görünməyə başlamışdır. 1990-cı ildə “Xəzər” dərgisi ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini dərc etmişdir. Lakin Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, həmçinin, geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş irihəcmli məqaləsi oldu. Gərgin axtarışların məhsulu olan bu məqalədə dünya elmi dairələrində yaxşı tanınan  Ə.Cəfəroğlunun ömür yolu barədə müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur. Ə.Cəfəroğlunun 80 illik ömründə ucaldığı elm zirvəsinin arxasında müxtəlif elm sahələrində gərgin axtarışlarla, məhsuldar fəaliyyətlə, mübarizələrlə dolu keşməkeşli bir həyat dayanır.   

Ə.Cəfəroğlunun publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna dönə-dönə toxunulur. Müəllif Cümhuriyyətin işğalının 13-cü ildönümündə qələmə aldığı “Azərbaycanın böyük matəmi – 27 nisan” adlı məqaləsində yazır: “1920-ci ilin 27 nisanında böyük türk dünyasının köksündə hürriyyət bayrağını ilk qaldıran bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan – Odlu yurd qırmızı ruslar tərəfindən işğal edilmişdir”.

27 aprellə bağlı digər bir yazısında Ə.Cəfəroğlu deyirdi: “Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı, sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üçrəngli bayrağının yerinə yabançı ellərin oraq-çəkicli bayrağı qaldırıldı. İstiqlal idealı yerinə istila ruzigarları əsdirildi”.

Yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik olan Ə.Cəfəroğlunun yaradıcılığı humanitar biliyin olduqca müxtəlif sahələrini əhatə edir. Yarıməsrlik elmi-pedaqoji fəaliyyəti nəticəsində dünya türkologiyasının aparıcı simalarından birinə çevrilmiş böyük həmyerlimizin yaradıcılığında Azərbaycanla bağlı araşdırmalar mühüm yer tutur. Onu elmi azərbaycanşünaslığın banilərindən hesab edirlər. O, türk dünyasının mühüm və ayrılmaz bir hissəsi saydığı vətəninin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dilinə, şifahi və yazılı ədəbiyyatına dair onlarla əsərin müəllifidir. Bu əsərlər Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynamışdır. Onlar istər ehtiva etdiyi material, istər irəli sürdüyü ideyalar, istərsə də tədqiqat metodikası baxımından bu günelmi dəyərini qoruyub saxlamaqdadır. Alimin Azərbaycanla bağlı araşdırmaları içərisində onun ədəbiyyatşünaslıq irsi mühüm yer tutur. Fitri filoloji istedada malik olan Ə.Cəfəroğlu istər yazılı, istərsə də şifahi ədəbiyyatı xalqın tarixini, ictimai-siyasiestetik görüşlərini, əxlaq və təfəkkür tərzini, sözün geniş mənasında, mədəniyyətini əks etdirən ən etibarlı sənəd kimi araşdırır və uğurlu nəticələrə gəlirdi.

Əsas profili etibarilə dilçi-türkoloq olan Ə.Cəfəroğlu Azərbaycan folkloruna da xüsusi maraq göstərirdi. O, şifahi xalq ədəbiyyatını xalqın bədii təfəkkür xüsusiyyətlərini, estetik ideallarını yaşadan yaradıcılıq faktı kimi nəzərdən keçirirdi. Alimin folklorumuza dair tədqiqatları həm mifoloji materialı, həm monumental epik abidələr olan dastanları (“Dədə Qorqud”, “Aşıq Qərib”, “Qaçaq Nəbi”), həm də aşıq poeziyasını (Qurbani, Abbas Tufarqanlı, Dədə Qasım) əhatə edir. Bu tədqiqatlarda o yalnız bir araşdırıcı kimi çıxış etmir. Onun nəşr etdiyi folklor materialları bir sıra orijinal cəhətləri ilə maraq doğurur.

Ə.Cəfəroğlu Azərbaycan ədəbiyyatı tarixinin ümumi məsələləri və nəzəri problemlərinə, onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına ondan artıq əsər həsr etmişdir. Alimin milli ədəbiyyatımızın çoxəsrlik və mürəkkəb tarixinə konseptual baxışını əks etdirən “Azərbaycan dili və ədəbiyyatının dönüm nöqtələri” adlı geniş tədqiqatı ədəbiyyatımızın minillik inkişaf prosesini işıqlandırır və bu günböyük əhəmiyyət kəsb edən elmi dövrləşdirməsini verir. Onun ayrı-ayrı ədəbi dövr və şəxsiyyətlərə verdiyi yığcam və dəqiq xarakteristika həmin məsələyə dair bir sıra elmi baxışları qabaqlamışdır. Əsər müəllifin professionallığına, ədəbi faktları geniş mədəni kontekstdə nəzərdən keçirmək qabiliyyətinə, ayrı-ayrı sənətkarları tarixi-ictimai perspektivdə qiymətləndirmək bacarığına malik olduğunu parlaq şəkildə nümayiş etdirir.

Folklorşünaslıq sahəsində olduğu kimi, ədəbiyyat tariximizlə də bağlı tədqiqatlarında Ə.Cəfəroğlu bir sıra orijinal mətnləri elmi istifadə dairəsinə daxil etmişdir. Alimin XVII əsr şairi Məlik bəy Ovçu, XIX əsr şairi Siraci haqqında tədqiqatları isə xüsusi elmi yeniliyi ilə seçilir. Onun ədəbiyyatşünaslıq irsində onun Mirzə Fətəli Axundzadə ilə bağlı araşdırmaları da xüsusi yer tutur. Bu araşdırmalar böyük mütəfəkkir ədibin milli ictimai və ədəbi fikir tariximizdəki mövqeyini daha dərindən, düzgünobyektiv anlamaq baxımından son dərəcə qiymətlidir. Alimin Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına dair araşdırması da dərinliyi və sanbalı ilə qiymətli araşdırmadır.

Ümumiyyətlə, Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıqla bağlı tədqiqatları tematik diapazonu baxımından olduqca geniş, tədqiq və təhlil üsullarına görə rəngarəngdir. Naməlum ədəbi mətnlərin nəşri və şərhindən tutmuş poetik dilüslub üzərində incə təhlillərə qədər əhatəli bir tədqiqat metodikasına malik olan alim bütün hallarda araşdırma obyektinə yeniorijinal baxışı ilə seçilir. İdeoloji ehkamlardan və nəzəri qəliblərdən uzaq olan alimin əsərləri klassik filologiyanın parlaq nümunələri kimi diqqət cəlb edir. Milli ədəbiyyatşünaslığımızın dəyərli ənənələrini davaminkişaf etdirən, onu yeni keyfiyyətlərlə zənginləşdirən Ə.Cəfəroğlunun yaradıcılığı, şübhəsiz, XX əsr elmi-tənqidi fikrimizdə bütöv bir mərhələ təşkil edir.

Ə.Cəfəroğlu 1975-ci il yanvarın 6-da İstanbulda vəfat etmişdir. Türk şairi Fazil  Hüsnü Dağlarcanın onun ölümünə həsr etdiyi seirində bu misralar var:

Axdı bilim ölkəsinin göylərindən

Dün gecə

Ulduzu sevginin, duymadınız.

Öylə səssizdi ki,

Dün gecə

Gəncəli Nizami türbəsi duymadınız.

Öldü

Dün gecə

Əhməd Cəfəroğlu, duymadınız!

Şair duymadınız desə də, Türkiyə mətbuatında Ə.Cəfəroğlunun vəfatı ilə bağlı çoxsaylı məqalələr dərc olunmuşdur. Bu məqalələrdə alimin ölümü dünya türkologiyası üçün əvəzsiz itki kimi qiymətləndirilmişdir. Çünki o, ötən əsrin 30-cu illərində Türkiyənin elmi həyatında fəal rol oynamış, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biribu qurumun həqiqi üzvü olmuşdur. Ə.Cəfəroğlu Qərb ölkələrində də yaxşı tanınmış, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyətinin, Beynəlxalq Dialektologiya Mərkəzinin və Ural-Altay Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi üzvü olan alim İspaniya hökuməti tərəfindən 1955-ci ildə “De Alfonso El Sabioordeni ilə təltif edilmişdir.

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2019.- 24 may.- S.6.