Qubada “Məmməd Araz poeziya günü

 

 

Mayın 22-də Azərbaycan Yazıçılar Birliyi, “Kainat” Gənclik Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində IV “Məmməd Araz poeziya günükeçirilib.

Layihənin rəhbəri Qardaşxan Əzizxanlı bildirib ki, 2016-cı ildən başlayaraq Məmməd Araz yaradıcılığına həsr edilmiş şeir, ifa müsabiqələri təşkil olunur.

Milli Məclisin deputatı Aqil Abbas, şair Ramiz Qusarçaylı qeyd ediblər ki, Məmməd Araz böyük poetik ilhama malik sənətkarlardan olub. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır.

Tədbirdə Məmməd Araz şeirlərinin ifası üzrə müsabiqənin qalibləri mükafatlandırılıb.

Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramovun, “Gözəl Quba” ansamblının solistləri Ramiz Ramazanov və Ruhanə Məmmədovanın iştirakı ilə ədəbi-musiqili proqram təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.4.