Ucal, ulu bayrağım”

 

 

Mayın 27-də Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünə həsr edilən “Ucal, ulu bayrağım” adlı tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək əvvəlcə tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdi, Cümhuriyyətin tariximizdə yerindən, o dövrdə maarif və mədəniyyətin inkişafı naminə görülən işlərdən söz açdı.

Yasamal rayonu 18 saylı orta məktəbin direktoru Rəna Süleymanova Cümhuriyyət dövründə qadın siyasətindən danışdı, ilk dəfə qadınlara seçki hüququnun verildiyini diqqətə çatdırdı.

Çıxışlardan sonra Yasamal rayonu 18 və 150 saylı məktəblərin şagirdlərinin ifasında Almas İldırımın “Əsir Azərbaycan”, xalq şairləri Nəbi Xəzrinin “İstiqlal” marşı, Nəriman Həsənzadənin “Azərbaycan” şeirləri səsləndi. Cümhuriyyətin 101-ci ildönümünə həsr olunan bədii kompozisiya nümayiş olundu.

 

SAVALAN

 

Mədəniyyət.- 2019.- 31 may.- S.2.