Azərbaycan satirik mətbuatında gizli imzalar

 

 

Abdulla Şaiqin mənzil-muzeyində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira QasımovanınAzərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabının təqdimatı keçirilib.

Kitabda 13 satirik mətbuat orqanında çıxış edən müəlliflərin gizli imzaları təqdim olunur.

Tədbirdə, eyni zamanda ömrünün 50 ilindən çoxunu ədəbiyyatşünaslığın ən çətin sahələrindən biri olan mətnşünaslığa, xüsusilə satirik mətbuatda gizli imzaların araşdırılmasına həsr edən Elmira Qasımovanın yubileyi qeyd olunub.

Muzeyin direktoru Ülkər Talıbzadə muzey haqqında qonaqlara məlumat verib.

Filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu mətnşünaslıq işinin mötəbərliyindən, çətinliyindən danışıb, Elmira Qasımovanın uzun illər çəkdiyi zəhmətin şahidi olduğunu bildirib.

Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva Elmira Qasımovanın həyat yaradıcılığından söhbət açıb.

Elmira Qasımova kitabın ərsəyə gəlməsindən söz açıb, tədbirin təşkilinə görə Abdulla Şaiqin mənzil-muzeyinin kollektivinə və iştirakçılara təşəkkür edib.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.4.