İCCROM Baş Assambleyasının sessiyası keçirilib

 

 

 

30-31 oktyabr tarixində İtaliyanın paytaxtı Romada Mədəni Mükiyyətin Qorunması Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (İCCROM) Baş Assambleyasının 31-ci sessiyası keçirilib. Sessiyada Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Baş Assambleyanın sessiyaları iki ildə bir dəfə keçirilir. Baş Assambleya İCCROM-un ümumi prinsiplərinin müəyyən edilməsi, büdcə proqramının təsdiqi, həmçinin Şura Katibliyin fəaliyyəti ilə bağlı hesabatların təsdiq edilməsi kimi funksiyaları yerinə yetirir.

“Mədəni irsin dekolonizasiyası” olan builki sessiyanın gündəliyinə təşkilatın 2020-2021-ci illər üzrə və büdcə proqramlarının təsdiq edilməsi, həmçinin İCCROM-un Şurasına 12 yeni üzvün seçilməsi daxil idi.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.2.