Gənc pianoçuların beynəlxalq müsabiqəsində qalibiyyəti

 

 

Azərbaycanlı Leyla Zeynalova Riqada keçirilən gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci olub. Onun ifaçılıq istedadı üç mükafata layiq görülüb.

Pianoçu İohan Baxın musiqilərinin, latviyalı bəstəkar M.DrusteninFolk İmpression” əsərinin ən yaxşı ifaçısı kimi fərqlənməklə yanaşı, Almaniyanın Aynbek şəhərində keçiriləcək Qış Akademiyasına dəvət alıb və münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfindən təsis olunan daha bir xüsusi mükafatla təltif edilib.

Leyla Zeynalova Bülbül adına Orta ixtisas musiqi məktəbində violinfortepiano ixtisasları üzrə təhsil alıb. Prezident təqaüdçüsü olan L.Zeynalova hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir və professor Kəmalə Neymanovanın sinfində təhsil alır. Almaniya, İngiltərə, Estoniya, Belçika, Danimarkada keçirilən ifaçılıq yarışlarının laureatıdır.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.8.