Yalçın Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib

 

 

Prezident İlham Əliyev noyabrın 2-də Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tanınmış dirijor, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib. Qeyd edək ki, noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olub.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.2.