Müsabiqə qalibləri mükafatlandırılıb

 

 

Noyabrın 4-də Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində və Gənc pianoçuların IV Respublika müsabiqəsində uğur qazanmış şagirdlərə fəxri fərman, diplom və hədiyyələr təqdim edilib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək idarənin əhatə etdiyi Lənkəran şəhər, AstaraLerik rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdləri təbrik edibonlara daha böyük uğurlar arzulayıb. İdarə rəisi müsabiqələrdə uğur qazanmış şagirdlərin təhsil aldıqları uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə, müəllimlərə və valideynlərə minnətdarlığını bildirib.

Həmçinin noyabrın 1-də Bakı şəhərində yekunlaşan Ənənəvi Respublika Folklor Festivalında Lənkəran Regional Mədəniyyət İdarəsinin üç kollektivlə (Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin “Buta”, şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” və Lerik rayon Mədəniyyət Mərkəzinin “Rəfti-Uzunömürlülər” folklor kollektivləri) uğurla təmsil olunduğu diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.3.