Səyyar təlimlərin növbəti mərhələsi

 

 

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət evlərinin rəhbərlərinin iştirakı ilə regionlarda təlimlər təşkil edir. Oktyabrın 31-i və noyabrın 1-də səyyar briqadalar Lənkəran şəhər Mədəniyyət Mərkəzində növbəti qısamüddətli təlim keçirib.

Mərkəzin elmi katibi Cavid Əliyev “Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar”, əməkdaşlardan Elnarə Hacıyeva “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, Elnur Hacıbabayev “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, Nadir Məmmədov “Klub işinin təşkili”, İrina Özçoban “Mədəniyyət müəssisələrinin fəaliyyətinin təbliği əsasları”, Bakı şəhəri 8 Mart adına Mədəniyyət evinin direktoru Rüfət Məmmədov “Mədəniyyət evlərinin fəaliyyətinin təşkili: xüsusiyyətləri və qaydaları”, H.Abbasov adına Mədəniyyət evinin direktoru Tofiq Dadaşov “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları” mövzularında çıxış ediblər.

Növbəti təlimin ünvanı Sabirabad rayonudur. İndiyədək Şamaxı, Bakı, Gəncə, Gədəbəy şəhərlərində müxtəlif ixtisasartırma kursları keçirilib.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.3.