Cəfər Cabbarlının 120 illiyi münasibətilə

 

 

Azərbaycan Texniki Universitetində Respublika Gənclər Kitabxanası ilə birgə böyük ədib Cəfər Cabbarlının 120 illiyi münasibətilə musiqili ədəbi-bədii gecə keçirilib.

Universitetin rektoru, Əməkdar elm xadimi, professor Vilayət Vəliyev tədbiri açaraq Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən Cəfər Cabbarlının 120 illiyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd “Cəfər Cabbarlının  yaradıcılığı” adlı məruzə ilə çıxış edib.

Əməkdar artist Feyruz Səxavət, müğənnilər Nicat Cəfərzadə, Vüsal Hacıyev, AydanFidan Süleymanzadələr, tələbələr Fərhad Rəhimli, Əli Əliyev, Kənan Alquliyev Cəfər Cabbarlının sözlərinə yazılmış mahnıları ifa ediblər.Ana”, “Azərbaycan bayrağına” şeirləri səslənib.

Tələbələrin ifasında “Oqtay Eloğlu” əsərindən parça və Cəfər Cabbarlı ilə Nuru paşanın görüş səhnəsi təqdim olunub.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən Salyan rayon Heydər Əliyev Mərkəzinin tamaşa zalında Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Mən bir sönməz ulduzam ki...” adlı ədəbi-bədii gecə təşkil edilib.

Cəfər Cabbarlının həyatı və çoxşaxəli yaradıcılığından söz açılıb, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Damaart studiyası “Almaz” və “Solğun çiçəklər” əsərlərindən kompozisiyalar təqdim edib.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.3.