“650 illik dəyərimiz...”

 

 

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri noyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Ruhulla Axundov adına Mədəniyyət evi və Azərbaycan Yazıçılar Birliyinin Xəzər şöbəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev, Ziyad Səmədzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçıları ilk öncə rayon məktəblilərinin Nəsimi yaradıcılığına həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Yazıçılar Birliyi Xəzər bölməsinin sədri Arif Buzovnalı, AYB-nin katibi İlqar Fəhmi və AYB-nin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz çıxış edərək Nəsiminin poetikası və irfani görüşləri haqqında danışıblar.

Tədbir Nəsiminin qəzəlləri üstündə muğam konserti ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.3.