Sənətkar ömrünün səhifələri

 

 

Azərbaycan xalqı musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Haqqında söhbət açacağımız belə sənətkarlardan biri görkəmli bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir. 65 yaşı tamam olan sənətkar Azərbaycan musiqisinə, incəsənətinə həsr olunmuş bir yaradıcı ömür yaşayır.

Müasir dünya incəsənətində baş verən proseslərə daimi maraq və diqqət, milli ənənələrə hörmətlə yanaşma onun bədii kredosunu formalaşdırmışdır. Bəstəkar xalq musiqisinə, vətənpərvərlik və digər mövzulara müraciət edərək aktuallığı ilə fərqlənən, milli koloriti özündə ehtiva edən əsərlərlə mədəniyyətimizə öz layiqli töhfələrini verir.

Bəstəkarın yaradıcılıq yoluna qısa bir nəzər salaq.

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda anadan olub. 1972-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad tarzən Əhsən Dadaşovun tələbəsi olub. 1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı teatrının orkestrində solist musiqiçi, “Azkonsert”inAşıqlarqrupunun, Azərbaycan Televiziyası Radiosunun estrada-simfonik orkestrinin bədii rəhbəri, “Cəngiestrada-folklor ansamblının musiqi rəhbəri, “Azərbaycanfilmkinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər işləmişdir. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur. O, 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görəŞöhrətordeni ilə təltif edilmişdir. Saz məktəbidərsliyinin həmmüəllifi, iki cilddən ibarətAzərbaycan xalq mahnılarıməcmuəsinin tərtibçisidir.

Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan Siyavuş Kəriminin professional bəstəkarlıq fəaliyyəti üç istiqamətdə inkişaf etmişdir: mahnı janrında bəstələr aranjiman; teatr musiqisi; kino musiqisi.

O, tələbəlik dövründən mahnı janrı ilə ünsiyyətə başlamışdır. Dövlət Mahnı Teatrında, “Aşıqlarvokal-instrumental ansamblında Cəngifolklor-caz qrupunda işləməsi, mahnı janrında müxtəlif mövzu üslubda nümunələri ifa etməsi, təcrübəli sevilən mahnı ifaçıları ilə işbirliyi qurması, xalq bəstəkar mahnılarını aranjiman etməsi yaradıcılığında mahnı janrının üstünlük etməsini şərtləndirmiş onu peşəkar mahnı bəstəkarı kimi formalaşdırmışdır.

Siyavuş Kəriminin bəstəkarlıq fəaliyyətində daha bir istiqamət teatr incəsənəti ilə sıx bağlıdır. Bu sahədə bir çox uğurlara imza atmışdır. Onun teatr musiqisində müxtəlif janr üslublarda yazılan dram əsərlərinin tamaşaları yer almışdır. Misal olaraq, V.Şekspirin “Hamlet”, M.F.AxundzadəninSərşüzəşti-vəziri-xani-Lənkəran”, C.CabbarlınınAlmaz”, H.CavidinAfət”, Ə.ƏmirlininŞah Qacar”, T.CücenoğlununUçqun digərlərini göstərə bilərik.

Siyavuş Kəriminin yazdığı kino musiqisi müxtəlif janrlı məzmunlu filmləri əhatə etmişdir: sənədli, bədii filmlər; tarixi, vətənpərvərlik, məhəbbət, yumoristik mövzulu filmlər s. Bəstəkarın musiqi yazdığı filmlərin sayı otuza yaxındır. Onlardan bəzilərini xatırladaq: “Qaravəlli” (1989), “Şahid qız” (1990),  Sarı gəlin” (1998), “Yuxu” (2001), “Ovsunçu” (2002), “Biz qayıdacağıq” (2007), “Dərvişin qeydləri” (2013) s. Məhz bu sahədə qazandığı etimad nüfuza görədir ki, bəstəkar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinə üzv seçilmişdir.

Siyavuş Kərimi çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi rəhbəri kimi tanınır. Əsası 2002-ci ildə qoyulan belə layihələrdən biri Latın Amerikası Azərbaycan musiqiçilərinin birgə fəaliyyəti elə həmin ildə Bakıda keçirilmiş konsertlə başlamışdır. Siyavuş Kəriminin “Trans Atlantik Non Stop” layihəsi əsasında gerçəkləşən konsertdə Azərbaycan tərəfdən Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovla yanaşı  Siyavuş Kərimi özü çıxış etmişdir. Həmin konsertdən sonraAltiplanoqrupunun ifası Rafiq Babayev adına səsyazma studiyasında lentə alınmış, 2002-2006-cı illərdə həmin studiyada sintez üçün işlənilib hazırlanmışdır. Onu da nəzərinizə çatdıraq ki, “Trans Atlantik Non Stop” layihəsi sonradan İsveçin paytaxtı Stokholmda da təqdim olunmuş, 2007-ci ildə Norveçdə hazırlanmış alboma daxil edilmiş, həmçinin MoskvanınDünya albomlarımusiqi onluğuna daxil olmuşdur.

Daha bir layihə Siyavuş Kəriminin Azərbaycan Cənubi Amerika musiqiçiləri ilə birgə hazırladıqları “Salam-Holalayihəsidir. 2011-ci ildə Heydər Əliyev Sarayında Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan konsertdə Ekvadordan olanAltiplanomusiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri sintez musiqi böyük əks-səda doğurmuşdur.

Digər layihə  Azərbaycan-Norveç mədəni əlaqələri haqqındadır. Siyavuş Kərimi ilk dəfə olaraq Norveç musiqiçiləri ilə Azərbaycan musiqiçilərinin əməkdaşlığı əsasında ərsəyə gələn layihənin təşəbbüskarı təşkilatçısı olmuşdur. Bu, NorveçinSkrukxoru azərbaycanlı musiqiçilərin iştirakı ilə həyata keçirilmiş “The land we come from” (“Bizim gəldiyimiz ölkə”) layihəsidir. Layihə səyyah alim Tur Heyerdalın Azərbaycanla Norveç tarixi əlaqələrinin üzə çıxarılmasına xidmət edən ekspedisiyaların əks-sədası kimi meydana gəlmişdir. Layihənin musiqi tərtibatçısı, koordinatoru aranjimançıları Siyavuş Kərimi Norveçdə yaşayan azərbaycanlı bəstəkar Qalib Məmmədovdur. 1996-cı ildə Siyavuş Kərimi Azərbaycan Norveç xalqlarının musiqi sahəsində əməkdaşlığının məhsulu kimiBizim gəldiyimiz ölkəadlı ilk kompakt diskini hazırlayıb musiqi ictimaiyyətinə təqdim etmişdir.

Bu qədər gərgin yaradıcılıq işlərinin arasında Siyavuş Kəriminin 2001-ci ildən rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasında da milli musiqi mədəniyyətinin öyrənilməsi, dünyaya inteqrasiyası istiqamətində mühüm işlər görülür. AMK ilə müxtəlif ölkələrin təhsil müəssisələri arasında davamlı tədbirlər, konfrans müştərək layihələrin keçirilməsi bu işlər sırasındadır.

Yaradıcılığının kamillik dövrünü yaşayan sənətkar yüksək peşəkarlıq prinsiplərinə sadiq qalaraq milli musiqi mədəniyyətimizin tərəqqisi naminə çalışır. Siyavuş Kəriminin fəaliyyətinin çoxşaxəliliyi, məzmunu onu Azərbaycan musiqi mədəniyyətinin dəyərli simalarından biri kimi tanıdır gələcək nəsillərə belə tanıdacaq.

 

Jalə QULAMOVA

Milli Konservatoriyanın elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.6.