Bayraq Günü münasibətilə

 

 

Sabirabadda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” adlı tədbir keçirilib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi, Sabirabad Rayon Gənclər və İdman İdarəsi, YAP Sabirabad Rayon Gənclər Birliyinin üzvləri, Sabirabad “ASAN Xidmət” mərkəzinin könüllüləri, ictimaiyyətin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Regional idarədən verilən məlumata görə, gənclər 40 metr uzunluğunda üçrəngli bayraqla 2 kilometr məsafə qət edərək Bayraq meydanına qədər yürüş ediblər. Yürüş “Azərbaycan” adlı fləşmob və bayram konserti ilə yekunlaşıb.

***

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Yaşa, bayrağım!” adlı tədbir keçirilib. Dövlət Bayrağı Gününə həsr olunan tədbiri muzeyin direktoru Pakizə Mehdiyeva açıb.

M.Babayev adına 1 saylı orta məktəbin, akademik Zərifə Əliyeva adına 8 saylı orta məktəbin və Xaçmaz Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında mahnı və şeirlər səslənib.

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.2.