Emin Sabitoğlunun xatirə gecəsi

 

 

 

Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqionun tədrisi texnologiyası kafedrasının təşəbbüsü ilə unudulmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun xatirə gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran MahmudovaADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirak edib.

Musiqişünas Vəfa Həmidova bəstəkarın həyat və yaradıcılığından söz açıb.

Sonra ADMİU-nunADPU-nun tələbələri Emin Sabitoğlunun mahnılarından ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər. Proqramda bəstəkarın “Can Azərbaycan”, “Bakı, sabahın xeyir”, “Dön, yenə dön”, “Əlvida”, “Çiçək yağışı”, “Bu gecə”, “Yaşıl ada”, “Sənin üçün”, “Şükriyyə”, “Sən olmuşam”, “Neyləyim”, “Payız gəldi”, “Bəlkə”, “Heç xəbərin yoxdu sənin” və başqa mahnıları səslənib.

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.3.