Müsabiqə qalibləri mükafatlandırılıb

 

 

Sumqayıtdakı S.Vurğun adına Mərkəzi Kitabxanada görkəmli ədib Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar istedadlar müsabiqəsinə yekun vurulub.

Müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin və şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Kitabxananın Uşaq şöbəsinin oxucusu Müzəffər Qurbanov, Nizami Gəncəvi adına kitabxana-klubun oxucusu Araz Hacıyev birinci yerə, M.Rəsulzadə adına kitabxananın oxucusu Cavidan İsmayıl, incəsənət şöbəsinin oxucusu Ayan Hüseynli ikinci yerə, Mərkəzi Uşaq Kitabxanasının oxucusu Gülgün Qasımzadə, Ə.Vahid adına kitabxana filialının oxucusu Adilə Məmmədova üçüncü yerə layiq görülüblər.

Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb, fərqlənənlərə təşəkkürnamə təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.3.