Əməkdar artistin 60 illiyi qeyd olunub

 

 

 

Füzuli Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Asif Şirinovun Mədəniyyət Nazirliyi tərəfindən təltif edildiyini vurğulayıb.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının, Füzuli Rayon İcra Hakimiyyətinin, N saylı hərbi hissə Sərhəd Qoşunlarının fəxri fərmanları yubilyara təqdim olunub.

Tədbir Asif Şirinovun quruluş verdiyi tamaşalardan parçalar, musiqi nömrələri və yubilyara ünvanlanan təbriklərlə davam edib.

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.4.