Qarabağ xanı Mehdiqulu xanın bayrağı”

 

 

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” kitabının təqdimatı keçirilib.

Azərbaycan və rus dillərində çap olunan kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı nəşrin əhəmiyyətini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanın dövlətçilik tarixindən, dövlət rəmzlərindən bəhs edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev təqdimatda çıxış edərək tariximizlə bağlı məlumatların, Azərbaycan həqiqətlərinin dünyaya daha dolğun çatdırılmasında belə nəşrlərin vacibliyini bildirib.

Kitabın müəllifi Səbuhi Əhmədov bildirib ki, nəşrdə muzeyin Silahlarbayraqlar fondunda saxlanılan, Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunmuş bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, təsviri şərh edilir. Bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan xanların əzəli Azərbaycan ərazisi Qarabağın hakimləri kimi tanımalarının əyani sübutudur.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.4.