Mədəniyyət ocaqlarında silsilə tədbirlər

 

 

Dövlət Bayrağı Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin tabeliyindəki müəssisələrdə silsilə tədbirlər keçirilib.

H.Abbasov adına Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə Əməkdar artist, müğənni Mətanət İsgəndərli çıxış edib. Baş idarənin təşəbbüsü ilə daha bir konsert proqramı Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təqdim edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrının qarşısında bayram konserti keçirilib. Regional idarənin tabeliyindəki Xızı rayon Heydər Əliyev Mərkəzində, digər mədəniyyət ocaqlarında tədbirlər keçirilib, Şuşa Dövlət Rəsm Qalereyasında məcburi köçkün uşaqlarının əl işlərindən ibarət sərgi nümayiş olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin keçirdiyi silsilə tədbirlər çərçivəsində Qazax rayon mədəniyyət müəssisələri bayram şənliyi təşkil edib. Tədbirdə Qazax rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyi, rayon 1 və 2 nömrəli uşaq musiqi məktəblərinin hazırladığı konsert proqramı təqdim olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə və Tərtər rayon, Yevlax və Mingəçevir şəhər Heydər Əliyev mərkəzlərində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirlər keçirilib.

Ağdaş rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin bədii hissəsində bədii özfəaliyyət kollektivlərinin çıxışı alqışlarla qarşılanıb. Ucar rayon Mərkəzi Kitabxanası, Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Göyçay rayon  Mərkəzi Kitabxanası da bayram tədbirləri keçirib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində - Qəbələ, İsmayıllı, Ağsu, Qobustan, Şamaxı Tarix-Diyarşünaslıq muzeylərində, Heydər Əliyev mərkəzlərində tədbirlər təşkil olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsi üzrə Xaçmaz, Quba, QusarŞabran rayon Heydər Əliyev mərkəzlərində, muzeykitabxanalarda keçirilən tədbirlərdə Azərbaycan bayrağı mövzusunda mühazirələr oxunub, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.4.