İnteraktiv teatrda improvizə deyil, aktyor texnikası önəmlidir

 

Müasir dövrdə yaradıcı sənayenin inkişafına xüsusi önəm verilir. Mədəniyyətin müxtəlif sahələrinin təmsil olunduğu yaradıcı sənayedə müstəqil teatrların da fəaliyyəti əhəmiyyət kəsb edir. Azərbaycanın teatr mühitində yaranan belə sənət ocaqlarından biri dOMteatrıdır. 2017-ci ildən fəaliyyət göstərən teatrın direktoru Tərlan Rəsulovla söhbətimizdə kollektivin fəaliyyəti, interaktiv teatr anlayışının cəmiyyət tərəfindən qavranılması məsələlərinə toxunduq.

 

– Bu teatr hansı zərurətdən yarandı nəyə görədOM”?

Ümumiyyətlə, teatr yaratmaq istəyim 2016-cı ildən başladı bir il sonra onu reallaşdırdım. Mənim aləmimdə yeni teatr yaratmaq istəyən hər bir kəs ilk növbədə müəyyən bir konsepsiyadan çıxış etməlidir. Sözsüz ki, mənim teatrım olsun eqoizmi, az da olsa, həmişə var. Amma bu tam eqoizm yox, istəkdir. Çünki arzu olmadan yaxşı mənada nəsə əldə etmək mümkün olmaz.dOM”a gəlincə, ingilis dilində “play” sözü var, həm pyes, həm oyun, həm tamaşa deməkdir. Söz oyunundan istifadə edərəkwith out play” (oyunsuz) ifadəsinin baş hərflərini (WOP) tərsinə çevirdikdOMalındı. Poliqonteatr platformasıdOMteatrının layihələrindən biridir. Poliqonadında da söz oyunundan istifadə eləmişəm. Məsələ bundadır ki, “poliqoningilis dilində çoxşaxəli, çoxbucaqlı deməkdir. Bu platforma müxtəlif layihələrin həyata keçirilməsi üçün zəmin yaradır.

 

Niyə məhz interaktiv?

– 2005-ci ildən interaktiv teatr növləri ilə məşğul idim deyə, həm öz inkişafım üçün müəyyən dərəcədə perspektiv gördüyümdən həmin teatr növlərini təcrübədən keçirdim. Xüsusilə ənənəvi teatr sahəsində problemlərlə üzləşəndən sonra başa düşdüm ki, Azərbaycan tamaşaçısını bütün interaktiv teatr növləri ilə tanış etmək lazımdır. Birinci mərhələdə tamaşaçıları sırf maarifləndirmək üçün bu tamaşaları təqdim etdik.

 

İnteraktiv teatr yeni aktyor oyunu tələb edir...

– Bu günə kimi YARAT Müasir İncəsənət Mərkəzində, “Antikafe”də, “ARTIM rooms” sərgi salonunda, Milli Xalça Muzeyində tamaşalar oynamışıq. İnteraktiv teatr üçün qeyri-adi məkanlar daha uyğundur. Öz təcrübəmə arxalanaraq əmin oldum ki, interaktiv teatr tamaşalarında iştirak üçün yeni aktyor oyunu texnikasına ehtiyac var yeni metodika yaratmaq lazımdır. Bu səbəbdən Poliqonyaradıcılıq platforması meydana gəldi. Bu platformanın yaradılmasına Azərbaycan Teatr Xadimləri İttifaqı, “Asmart”, “Actors agency” yaxından dəstək oldular. Platforma Azərbaycan teatr məkanında alternativ teatr ideyalarının realizəsini nəzərdə tutan yaradıcı birlikdir.

Bu layihə çərçivəsində aktyorluq sənəti üzrə təhsil alan, fəaliyyət göstərən ya gələcəkdə fəaliyyət göstərmək niyyətində olan iştirakçılar müsabiqə yolu ilə seçildilər. Teatr təhsili olmayanlar cəlb edilmişdi biz metodikanı sınaqdan keçirdik.

 

Yeni metodika ilə bağlı fikirlərinizdə Yakob MorenonunSpontan teatrıilə bir bağlılıq varmı?

Vaxtilə Moreno bu yolu sınaqdan keçirmiş, müəyyən problemlərlə üzləşmiş işi alınmamışdı. Moreno metodikasının tənəzzülə uğramaması üçün bunu tətbiqi sahəyəpsixoterapiyaya yönəldirdi... Bu metodika üzrə ilk tamaşamız Sevinc ÇılğınınŞağəsəri əsasında səhnə işi oldu. Tamaşanı YARAT-ın səhnəsində təqdim etdik. Özlərinin xəbəri olmadan tamaşaçılar oyuna qatılmışdılar. İnteraktiv teatrda improvizə deyil, xüsusi aktyor texnikası daha önəmlidir. Ancaq tamaşaçı ilə çalışmaq çox mürəkkəb işdir. Tamaşanı oynamaq asandır, amma sən elə oynamalısan ki, tamaşaçıda bu oyuna qatılmaq istəyi yaransın. Buna görə yeni spontan aktyor oyun texnikası tərtib etdim. Demək olar ki, bu metodikanı bitirmək üzrəyəm. Burada mövzu təsdiq olunur. Heç bir məşq olmadan yerindəcə tamaşa oynanılır.

 

Heyətiniz neçə nəfərdən ibarətdir?

Heyətimiz sabit deyil. Kimisi gəlir, kimisi gedir. Ancaq seçmə aktyorlardır. Əksəriyyəti gənclərdir. Məkan məhdudiyyəti olmadığı üçün bizdə truppa məsələsində fərqli yanaşma var. Layihədən layihəyə fərq olur. Poliqonplatformasının iştirakçıları da bura cəlb olunur.

 

Bir qədər müstəqil teatrlara münasibətdən danışaq...

Çox şadam ki, son zamanlar dövlətimiz qeyri-dövlət sektorundakı canlanmanı nəzərə alaraq bu sahəyə təkan verir, şərait yaradır. Həmçinin incəsənət sahəsində özəl biznes, özəl iqtisadi formalar, o cümlədən teatr kompaniyaları, qalereyalar, moda s. sahələrə dəstək verilir. Kreativ sənaye sahələri son illərdə Avropada iqtisadiyyatın ayrılmaz vacib hissələrindən birinə çevrilməkdədir. Teatr, muzey, tətbiqi sənət, folklor nümunələri s. yaradıcı sənayenin əsas istiqaməti olaraq bəzi ölkələrdə əldə edilən gəlirə görə əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu proses bizdə qaçılmazdır. Müəyyən müddətdən sonra yaradıcı sənayelərin inkişafı üçün daha məhsuldar konstruktiv bir hüquqi baza yaradıla bilər.

 

Yeni tamaşanız barədə deyərdiniz?

Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan (11 noyabr - red.) İclastamaşası İsmayıl İmanovun pyesi əsasında hazırlanıb. Tamaşada səkkiz aktyorumuz oynayır. Əməkdar artistlər Yaqut Paşayeva, Qasım Nağıyev Poliqon”un uşaqları. Təbii ki, yenə tamaşaçıların iştirakı ilə. Valideyn iclası formatında keçirilən tamaşada seyrçilər tamaşanın gedişatında iştirak edə bilərlər. Bu tamaşa da bir sınaqdır. Çünki iki interaktiv teatr növünü bir yerdə təqdim edirik: forum görünməz teatr. Final isə tamaşaçıların fəaliyyətindən asılı olaraq yekunlaşacaq.

 

İndiyəcən neçə tamaşa hazırlamısınız? Qarşıda kimi planlarınız var?

– “Limbo”, “Şağ”, “İki amerikano çizkeyk”, “Sözədəbiyyat layihəsi çərçivəsində Mikayıl Müşfiqə həsr olunmuşEtiraftamaşalarını hazırlamışıq. Planlara gəlincə, spontan aktyor oyunu texnikasını təkmilləşdirib Azərbaycandan kənarda tədris etmək fikrindəyəm. Müştərək bir layihə də etmək istərdim.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.5.