Tarixi şəxsiyyətləri yaşadan rəssam

 

 

Rəssam Zöhrab Dadaşov 1963-cü ildə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkidə dünyaya göz açmışdır. Uşaq yaşlarından doğulub boya-başa çatdığı torpağın ecazkar gözəlliyi, təkrarolunmaz təbiəti onda yaratmaq həvəsi oyatmışdır.

Bu istək onu Bakıya – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirir. Burada xalq rəssamları Mikayıl AbdullayevBöyükağa Mirzəzadədən dərs alır, 1982-ci ildə məktəbi bitirir. 1990-cı ildə ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində başa vuran Zöhrab müəllim özünü təsdiq etmək üçün yaradıcılıq axtarışlarına başlayır.

Ümumiyyətlə, yaradıcılıq özü bir eksperimentdir. Rəssam da daim axtarışda olmalıdır. Bu baxımdan Zöhrab Dadaşovun ilk fərdi sərgisi simvolik xarakter daşıyırdı. 1991-ci ildə Bakıda təşkil olunmuşYeddinci qatadlı sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti qrafik işlər idi. Bu əsərlərdən çıxış edərək belə bir nəticəyə gəlmək mümkündür ki, rəssam insan varlığının möcüzələr yaratmaq gücünün sehrindədir. Hind fəlsəfəsi bəzi oxşar Asiya mədəniyyətlərində çakra (sanskrit dilində) insan bədənində mövcud olan metafiziki ya biofiziki enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Bu fəlsəfəyə görə, insanın başının üstündə müsbət bir axın, onurğa sümüyünün altında isə mənfi bir axın vardır. Bu ikiqütbarasında dövr edən elektrik gücühəyat”dır. Bu enerji mərkəzləri güclü elektrik sahələri olduğundan gözlə görülə bilməz. Çakralardan buraxılan enerji insanın ətrafında işıqsaçan, adı gözlə görünməyən energetik sahə formalaşdırmaqdadır. Bütün bu energetikanın, bu fəlsəfənin dərinliyini öz tablolarına yansıdan Zöhrab Dadaşovun ilk fərdi sərgisi böyük marağa səs-küyə səbəb olmuşdu.

1992-96-cı illərdə Zöhrab DadaşovNizamikinoteatrında da rəssam kimi fəaliyyət göstərmiş, bir çox filmlərin afişa reklamlarının tərtibatçısı olmuşdur. Çoxlarının heyranlıqla baxıb keçdiyi o afişaların müəllifinin Zöhrab müəllim olduğunu bilənlər yəqin ki, az saydadır.

Qafqazda XVIII əsrin saray memarlığının ən gözəl nümunələrindən hesab edilən Şəki Xan sarayı həm İslam Şərqinin memarlıq incilərindəndir. İnşa edildiyi dövrdən sonra bina dəfələrlə təmir yenidənqurma işlərinə məruz qalsa da, bu işlər onun xarici görünüşünə o qədər ciddi təsir etməmişdir. 2002-ci ildəMədəni irsin mühafizəsilayihəsi çərçivəsində sarayda bərpa işlərinə start veriləndə Zöhrab Dadaşov da bu məsuliyyətli işdə iştirak etmək üçün təklif alır. Doğulduğu torpağın tarixi abidəsinin bərpasında onun da əməyi, alın təri böyük zəhməti vardır. Şəki Xan sarayının birinci mərtəbəsindəyük yerideyilən hissəsində bərpa işləri aparan rəssam 6 ay alman mütəxəssisləri ilə birgə çalışaraq sarayın rəsmləri üçün spesifik olan qızılı rəngin çalarlarındanorijinaldan qalmış rənglərdən çıxış edərək rəngləri boğa-boğa paslı köhnəlik effekti yaradaraq divarın tökülmüş hissəciklərinin bərpasını uğurla başa çatdırmışdır.

Zöhrab Dadaşovun yaradıcılığında portret janrı mühüm yer tutur. Portret janrının əsas obyekti insandır. Ən gözəl mükəmməl portret yaratmaq üçün sadəcə insanı müşahidə etmək kifayət deyil. Onun daxili aləmini, duyğu düşüncələrini zahiri görünüşdə rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Zöhrab müəllim bir-birindən fərqli obrazlarmüxtəlif əmək adamlarının, tarixi şəxsiyyətlərin portretlərini yaratmışdır. Çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazın daxili aləminə, mənəvi dünyasına nüfuz etməsini açıq-aydın görmək olur. Rəssam kətanda rəngləri elə mükəmməl oynadır ki, zövq almamaq qeyri-mümkündür.

Tanınmış portret ustasının məşhur əsərlərindən biri VII əsrdə yaşamış alban şairi Dəvdəkin portretidir. Çox təəssüflər ki, şairin yaradıcılığından dövrümüzə yalnız Qafqaz Albaniyasının hökmdarı Cavanşirin ölümünə həsr etdiyi elegiya gəlib çatmışdır. Portreti bir şəxsin xarakteristik özəlliklərini, xarici görünüşünü gələcək nəsillərə ötürən bir miras kimi düşünsək, Zöhrab Dadaşov şairin portretini uğurla kətan üzərinə köçürmüşdür. Portretə baxdıqda cəsur, üsyankar ruhlu şairi görürük. O, sanki zəmanəsinə üzünü çevirərək şikayətlənərkən yaşadığı dövrün ağır çətin tələblərinin onu yorduğunu incitdiyini simasında aydın görmək mümkündür. Portret ustası şairin gərgin üz cizgilərini, yorğun savaşçı ruhunu, uzaqlara baxan gözlərini ustalıqla işləyib. Heç zaman yazmaqdan, yaratmaqdan əl çəkməyən şairin sağ əlində mərsiyələri vardır. Əynindəki libası isə arxa fonun sakit hüzur verən rəngi ilə təzaddır. Onun qırmızı rəngi seçməsi isə heç təsadüfi deyilşairin ədalətsizliklərə, zülmlərə rəğmən həyat eşqi ilə yaratmaq ruhu ilə yaşamasıdır.

Zöhrab müəllim bir çox tarixi şəxsiyyətlərin portretlərinin müəllifidir. Hazırda Əmir Teymurun portreti üzərində işləyir. Onun Teymurilər dövlətinin banisinə xüsusi rəğbəti vardır. O, böyük şəxsiyyət haqqında özü araşdırmalar aparır Əmir Teymurun məşhur arxeoloq antropoloq M.Gerasimovun rəhbərliyi altında 1941-ci ildə Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən yaradılmış portretindəki təsvirdən çıxış etmək qənaətinə gəlir. Zöhrab Dadaşov əsərini hələ tamamlamasa da, portret ilk baxışdan bizi özünə məftun edir. Teymurləngin cəngavər, siyasətçi uzaqgörən obrazını yaratmağa nail olan rəssam müxtəlif rəng çalarlarından istifadə edərək əsərə dekorativlik gətirmişdir. Üz cizgilərinə nəzər salsaq, zəhmli baxışların sanki düşmənə tuşlandığını görərik. O, emosional deyil, çox heybətli, təmkinli özündən əmindir. Bu əminlik düşmənlərinə qorxu narahatlıq təlqin etməyindədir. Sanki hər an qüvvətlə gurlayan səsi ilə döyüş əmrini verəcək müharibə başlayacaqdır. Üzəri damğalı dəbilqə, kirəmit rəngdə zireh, hökmdara xas olan libası qiymətli silahlar... Hər bir xırda nüans kompozisiyanın təsir gücünü artırmaqdadır.

Onu da qeyd edək ki, Zöhrab Dadaşovun bir çox əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

 

Könül VƏLİYEVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.7.