Müsabiqələrin laureatları təltif olunub

 

 

Neftçala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc fortepianoxalq çalğı alətləri ifaçılarının müsabiqələrinin Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə laureatları təltif olunub.

Mərkəzin foyesində Neftçala Dövlət Rəsm Qalereyasının hazırladığı gənc və yeniyetmə rəssamların əl işlərindən ibarət rəsm sərgisi açılıb.

Tədbirdə çıxış edən mədəniyyət işçiləri ölkəmizin uğurlarından, Azərbaycan gəncliyinin bu yolda töhfələrindən danışıblar.

Çıxışlardan sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tərəfindən respublika müsabiqələrinin qaliblərinə, həmçinin idarənin tabeliyindəki müəssisələrin tədbirlərində aktiv iştirak edən gənclərə və müəllimlərə fəxri fərman və diplomlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.3.