Yarıməsrlik sənət sevdası  

  

 

Tanınmış tarzən Əkrəm Məmmədlinin yubiley gecəsi

 

Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, pedaqoq, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin 75 illik yubileyinə həsr olunan gecə keçirildi.

Noyabrın 15-də gerçəkləşən tədbirdə əvvəlcə Naxçıvan mahnı və rəqs ansamblının ifasında tarzənin “Naxçıvan süitası”, Cahangir CahangirovTofiq Quliyevinİlk bahar” musiqilərinin səsləndirildiyi videoçarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov qeyd etdi ki, Əkrəm Məmmədli 50 ilə yaxındır tar ifaçılığı və onun tədrisi ilə məşğul olur. OnunTar üçün qammaoppedçiolar”, “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vəsaitləridir. “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, muğamlarımızın və yallılarımızın nota köçürülməsində Əkrəm Məmmədlinin xidmətləri böyükdür.

Milli Məclisin deputatı Fazil Mustafa tarzənin yaradıcılığı haqqında danışıdı: “Əkrəm Məmmədlinin zəngin yaradıcılığını bir neçə sözlə ifadə etmək qeyri-mümkündür. O, gənc tarzənlərin yetişdirilməsi ilə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Özünün dediyi kimi, bu kitabların yazılmasında əsas məqsəd tar alətində ifa edənlərin texniki imkanlarının cilalanmasına, kamilləşməsinə kömək etməkdir. Sözsüz ki, bu kitablar ortaali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli vəsait kimi əhəmiyyət kəsb edir”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova və Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söz açdılar.

Daha sonra Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi Cəfərov, Nuriyyə Hüseynova, muğam müsabiqəsinin laureatı Sərxan Bünyadzadə və gənc xanəndə Rəvanə Qurbanovanın ifasında musiqi nömrələri təqdim olundu. Tanınmış kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazovanın səsləndirdiyi musiqilər tədbir iştirakçılarının zövqünü oxşadı.

Sonda Əkrəm Məmmədli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.4.